2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

     Məktəbin 10A sinfində "2 fevral Gənclər Günüdür " mövzusunda Sinif təşkilat saatı keçirilib. Tədbirdə məktəbin direktor müavini Aygün Sadıqova və məktəbin psixoloqu Cəmilə Məmmədova da iştirak edib.

     Mövzu ilə bağlı söhbəti ilk olaraq 10A sinifinin rəhbəri Vəsilə Həsənova açıb. O, Gənclər Günü münasibəti ilə şagirdləri təbrik edib. Ulu öndər Heydər Əliyevin müdrik fikirlərinə hörmətlə yanaşaraq " Hər bir xalqın , hər bir millətin , hər bir ölkənin gəncləri onun həm bu günüdür ,həm də sabahıdır, ümididir" deyə vurğulayıb. Sinif rəhbəri gənclərlə bağlı söhbətinə şagirdlərin də fikirlərini qataraq mövzuya   bir rəngarənglik ,həmfikirlilik qatıb. Belə ki ,şagirdlərdən Əliyeva Süsənbər, Yəhyazadə Mələk ,Məmmədova Nəzrin ,Əkbərova Aytac Gənclər Günü haqqında məruzə ediblər .

     Tədbirin sonunda direktor müavini Aygün Sadıqovaya və psixoloq Cəmilə Məmmədovaya söz verilib . Tədbir Ulu öndər Heydər Əliyevin müdrik kəlamları ilə sonladırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi