Böyük Summativ Qiymətləndirmə keçirilib

     24 yanvar tarixində şagird nailiyyətinin qiymətləndirilməsi məqsədilə məktəbin 2021-2022-ci tədris ilinin I yarımili üçün Böyük Summativ Qiymətləndirmənin  keçirilməsinə start verilib.

     Qeyd edək ki, Böyük Summativ Qiymətləndirmə IV,IX və XI  siniflərdə bütün fənlər üzrə, digər siniflərdə isə Azərbaycan dili ,Riyaziyyat və İngilis dili fənləri üzrə həyata keçirilib. Qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən təyin olunmuş nəzarətçi müəllimlər tərəfindən aparılıb.

     BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.Şagirdlərin I yarımillik qiymətləndirilməsində onların BSQ-dən aldıqları qiymətlər müvafiq olaraq nəzərə alınır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi