Şəhidlər Xiyabanı ziyarət edilib

     Yanvarın 19-da məktəb rəhbərliyi və müəllim kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.
     Məktəb rəhbəri Svetlana Nəbiyeva ,direktor müavinləri, kitabxana müdiri,məktəb psixoloqu  və müəllimlər ölkəmizin istiqlalı, suverenliyi uğrunda canını vermiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər .

     20 yanvar faciəsi Azərbaycan xalqının Hüzn Günü olmaqla yanaşı, həm də dəyanət və mübarizlik nümunəsidir. Şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi