İlk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunub

     19 yanvar 2022-ci il tarixində məktəbdə Tədbirlər Planına əsasən  ilk dərslər 20 Yanvar faciəsinin 32-ci  ildönümünə həsr olunub.

     Dərslərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsinə, onların layiqli vətəndaş kimi yetişməsinə xidmət edib.
     Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub. Şagirdlər 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş divar qəzetləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi