20 Yanvar faciəsinə həsr olunan "Dəyirmi masa"

     Tədbirlər Planına uyğun olaraq məktəbin 9A sinfində 20 Yanvar faciəsinə həsr olunan "Dəyirmi masa" keçirilib.Tarix müəllimi Aynurə Bayramovanın başçılığı ilə keçən "Dəyirmi masa"da qeyd edilib ki, 32 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi, eyni zamanda, Azərbaycan xalqının milli qürur və şərəf tarixidir. Qanlı Yanvar Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyinin sübutudur.
     Otuz iki il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliam haqqında şagirdlər məlumatlar səsləndirib, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi