3R sinfi Şəhidlər Xiyabanını ziyarət edib

     3R sinfi 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Şagirdlər bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər.
     Sinif rəhbəri Kərimova Samirə şagirdlərə bildirib ki, bu dəhşətli faciədən 32 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi