20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir

     18 yanvar 2022-ci il tarixində məktəbin 5b sinfi Türkiyənin İstanbul şəhərindəki Bağcılar Key Kolejinin 4-cü sinif şagirdləri ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn  görüş keçirib.

     Görüş zamanı 5b sinif şagirdləri maarifləndirmək məqsədilə Meydan Hərəkatı ilə başlanan Milli Dirçəlişimizin, Sovet ordusunun xalqımıza qarşı törətdiyi cinayətlərlə azadlıq eşqimizi boğma cəhdlərinin qan yaddaşımıza həkk olunmuş tarixinin türkcə videoçarxını təqdim ediblər. İstanbul Bağcılar Key Kolejinin ingilis dili müəllimi olan həmvətənimiz Turan İsmayılzadə-Hacılının şagirdləri  "Ağla qərənfil" şeirini söyləyiblər.

      Tədbirdə direktor müavini Aygün Sadıqova, sinif rəhbəri Humay İsmayılova çıxış ediblər.Şagirdlər tariximizin bu qanlı səhifəsindən bəhs edən çıxışlar edib, şeirlər söyləyiblər . Azərbaycan-Türkiyə həmrəyliyinin, qardaşlığının kökünün çox qədimlərə dayandığı bir daha vurğulanıb.

https://youtu.be/Hnj5-k1_IxI

https://youtu.be/kvdW8olqlsA

https://www.youtube.com/watch?v=kvdW8olqlsA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi