Maraqlı və öyrədici STEAM dərsləri davam edir

     Məktəbdə STEAM dərsləri davam edir. Dərslərdə STEAM metodologiyaları, proqramlaşdırma modulu - mikrobit platforması, rəqəmsal incəsənət modulu - 3D modelləşdirmə və 3D çap/3D qələm, mühəndislik modulu - elektrik mühəndisliyi, layihələrin hazırlanması - mühəndislik dizayn prosesi mövzuları öyrənilir. STEAM dərsləri praktik, yeni metodologiyalar əsasında öyrədilir. 

     Qeyd edək ki, təhsilalanlarda yaradıcı, yeni texnologiyalardan istifadə etmək bacarıqlarını formalaşdırmaq məqsədilə STEAM dərslərinin tədrisi vacib və zəruridir. Dərslər nəticəsində şagirdlərdə riskləri nəzərə almaq, praktik öyrənmə ilə məşğul olmaq, problemin həllində israrlı olmaq, komandada işləmək, yaradıcı olmaq, fərqli fikirləri formalaşdırmaq, çevik fikirlər irəli sürmək,  yaranacaq  yeni ixtisaslar  üzrə işləmək bacarıqları  formalaşır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi