Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir

     Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları polkovnik-leytenantı Kəmalə Ələkbərova, inspektor polis mayoru Rəşad Dadaşov 90 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirib. Görüşdə “Narkomaniya-ümumbəşəri bəla” mövzusunda ətraflı söhbət aparılıb. Tədbir zamanı bildirilib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırılıb. Qeyd edilib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.

     Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıb. Bildirilib ki, narkomaniyaya qarşı mübarizədə təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin birgə fəaliyyətinə böyük ehtiyac olduğunu vurğulayıb, gənclərə bu yolda sağlam düşüncəyə malik olmalarını, idmanla məşğul olmalarını, çoxlu mütaliə etmələrini tövsiyə edib.

     Məktəb rəhbəri Svetlana Nəbiyeva çıxış edərək bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

     Tədbirin sonunda məktəblilər polis əməkdaşına suallar veriblər. Məktəblilərin ünvanladığı suallar polis əməkdaşları tərəfindən cavablandırılıb. Gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyəti onlara hərtərəfli izah edilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi