Yeni qalibiyyət

     Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin , Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17.01.2022-ci il tarixdə 80 nömrəli tam orta məktəbin idman zalında 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 2005-2007-ci il təvəllüdlü qızlar arasında voleybol turniri keçirilib.

     Turnirdə məktəbimizin qızlardan ibarət voleybol komandası III yeri qazanıb. Qaliblərə diplom təqdim olunub .

     Məktəb rəhbəri Svetlana Nəbiyeva qalib şagirdlərimizi təbrik edib , onlara daha böyük nailiyyətlər arzu edib. Həmçinin məktəbimizin idman müəllimlərinə xüsusi təşəkkür edib, peşə fəaliyyətlərində uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi