Valideyn iclası keçirilib

    14 yanvar 2022-ci il tarixində məktəbimizdə valideyn iclası keçirilib. İclasda məktəb rəhbəri Svetlana Nəbiyeva,sinif rəhbəri Leyla Məmmədova, müəllimlər və valideynlər iştirak ediblər. İclasın keçirilməsində məqsəd valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdən ibarət olub.

    2E sinif valideynləri ilə keçən iclasda təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırılıb, tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub.  Məktəb – şagird - müəllim - valideyn münasibətlərinin düzgün qurulması üçün  fikir mübadiləsinin aparılıb. Məktəb rəhbəri Svetlana Nəbiyeva qeyd edib ki,şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var. Şagirdlərin nizam-intizamından, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarəti mütləqdir. Həmçinin iclas zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi