Həmrəylik Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib

     31 dekabr -  Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

     30 dekabr 2021-ci il tarixində Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin siniflərində  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sinif təşkilat saatı keçirilib. Sinif rəhbərləri şagirdlərlə bərabər maraqlı tədbirlər hazırlayıblar. Şagirdlər Həmrəylik Gününə və 2022-ci ilin gəlişinə həsr olunmuş şeirlər söyləyib, mahnılar səsləndirib ,öz əl işlərindən ibarət divar qəzeti və rəsm işlərini nümayiş etdiriblər.Qeyd edilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi