Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bilik yarışı keçirilib

     Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 29 dekabr 2021-ci il tarixində Bakı şəhəri Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin akt zalında  IX,X,XI sinif şagirdləri arasında  "Breyn-ring" intellektual bilik yarışı keçirilib.

     Məktəbimizin tarix müəllimi Məhsəti Səfərinin təşkilatçılığı ilə keçən bilik yarışında şagirdlər vətənimizin tarixi, memarlıq abidələri, zəfər tarixi ilə bağlı müxtəlif sualları cavablandırıblar. Gərgin keçən mübarizədən sonra qalib komanda müəyyən edilib. İntellektual yarışın nəticələrinə əsasən  ''Atlilla'' komandası qalib olub.

     Sonda məktəbin direktor əvəzi Svetlana Nəbiyeva çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib, keçirilən bilik yarışının şagirdlərin tarix fənninə həvəsləndirilməsində əvəzsiz rolu olduğunu bildirib. Qaliblər məktəbin direktoru  əvəzi tərəfindən mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi