Məktəb rəhbəri Svetlana Nəbiyevanın məqaləsi dərc olunub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib. Qeyd edim ki,bu mətbuat orqanı İtaliyanın ən böyük siyasi qəzetləri sırasındadır. Müsahibə zamanı Dağlıq Qarabağ haqqında ətraflı danışılıb.
    Prezident İlham Əliyev bir gün öncə Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə üçtərəfli görüşün baş tutduğunu qeyd edib və səmərəli keçdiyini bildirib.
    Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqla uyğunlaşmaq və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim edib.
    Postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılması müzakirə edilib.
Cənab prezident bildirib ki, Ermənistan tərərfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki,dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Azərbaycan da öz növbəsində artıq işlərə başlayıb, azad edilmiş ərazilərdən Ermənistan sərhəddinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır.
    Müsahibə zamanı bir çox məsələlərə də aydınlıq gətirilib, minaların təmizlənməsi məsələsində Prezident Mişel görüşdə bildirib ki, bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusundadır.
    Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prossesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir. Bunu da qeyd etməliyik ki, İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir.
    Müsahiblərin əsəs müddəalarından biri də budur: İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizin açmaq üçün əlverişli imkanlar yaranıb.Həmin dəhliz Azərbaycandan Ermənistana oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır,bu da nəqliyyat üçün alternativ marşrut olacaq.Nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlarından biri olacaq.Azərbaycan artıq bütün növ yük gəmiləri,tanker və bərələri qəbul edə bilir.
    Prezident İlham Əliyev gələcək planlar barədə danışarkən, sözsüz ki,hasilatı aparmaq, ixracatı artırmaq, imkanı var. Lakin, əlbəttə, bunun avropalı istehlakçıların tərəfindən asılı olacağını vurğulayıb və Avropa Komissiyasının prossesdə köməyini danmayıb. Növbəti sessiyanın gələn ilin fevralında keçiriləcəyini və orada bütün məsələlərlə məşğul olunacağı və gələcək addımlarımızın planlaşdırılacağını bildirib.
    “Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur” deyən cənab prezidentemiz vurğulayıb ki, Azərbaycanda azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir.Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan üçün illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır.
    Qəzetə müsahibə zamanı prezidentimiz Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürdüyünü söyləyib.
    Vurğulayıb ki, sözügüdən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur.
    Müdrik siyasətçi İlham Əliyev cənabları sonda onu da nəzərə çatdırıb ki, Azərbaycan sadiq və etibarlı ölkədir. Heç vaxt, heç bir müqaviləni pozmur.Odur ki, tərəfdaşlarımız bizə etibar edir və bütün qonşularımızla yaxşı münasibətlərimiz var.
    Cənab prezidentimiz daim öz xalqına, ölkəsinə, məsləyinə sadiq olduğunu həmişə olduğu kimi bir daha sübut etdi.


Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
direktor əvəzi Svetlana Nəbiyeva

http://qanuninfo.az/index.php?newsid=45888

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi