Cənab Prezidentimiz, Sizi yubileyiniz münasibətilə təbrik edirik!

     24 dekabr Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdur . 
     Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda daim genişmiqyaslı sosial-iqtisadi islahatlar və səmərəli quruculuq işləri həyata keçirilir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində qazanılmış böyük uğurlar, ölkənizin iqtisadi inkişafında mühüm nailiyyətlər, dünya arenasında onun nüfuzunun möhkəmlənməsi ayrılmaz surətdə Prezidentimizin adı ilə bağlıdır. Hər zaman təhsilimiz ölkə rəhbərimizin diqqət mərkəzindədir. Ölkəmizdə məktəblərin tikintisi və yenidən qurulması işləri əsas prioritetlərdən biridir. Azərbaycanda son illər bu sahədə həyata keçirilən işlər, ölkə rəhbərimizin təhsilə olan diqqətinin bariz nümunəsidir. 
     Çox hörmətli möhtərəm Prezident , Siz bütün varlığınızı doğma ölkənizin mənafelərinin qorunmasına, ümummilli hədəflərin və proqramların gerçəkləşməsinə həsr etmisiniz. Xalqa bu cür sədaqətli xidmət yüksək qiymətə layiqdir. 90 nömrəli tam orta məktəb adından  Cənab Prezidentimiz İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edir, dövlət başçımıza uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!   Təhsilə göstərdiyiniz qayğıya görə məktəbimiz adından Sizə təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyirik! Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Əminik ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə yeni zirvələr fəth edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq! 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi