Şəhid ailəsi ilə görüş keçirilib

     21 dekabr 2021-ci il tarixində 5B sinfinin adını daşıdığı şəhid gizir Xosrovzadə İlkinin anası Həsənova Bəturə, xalası Məhərrəmova İlhamə və qardaşı Xosrovzadə Toğrul məktəbimizin qonağı olub.

     Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Humay İsmayılovanın təşkilatçılığı ilə keçirilən görüşdə məktəb direktoru Svetlana Nəbiyeva və direktor müavini Gültəkin Səlimova çıxış ediblər. Azərbaycan Respublikasının Himni səslənib, şagirdlərin təqdimatı dinlənilib. Bəturə xanımın çıxışı hamını göz yaşlarına boğub.Qəhrəman ana oğlu ilə fəxr etdiyini bir daha vurğulayıb.

     Sonda qonaqlarımız şagirdlərə şəhidimizin xatirəsini daşıyan hədiyyələr təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi