Şəhid Məhəmmədəli İbrahimlinin məzarı ziyarət edilib

     90  nömrəli tam orta məktəbin 7D sinfi adını qürurla daşıdığı  şəhid Məhəmmədəli İbrahimlinin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra sinif rəhbəri Hüseynova Gülnarənin başçılığı ilə 7 d sinif şagirdləri şəhid ailəsini ziyarət edib.
     Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqanda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. 2018-2020-ci illərdə AzTU-da magistratura təhsili alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-də Suqovuşan uğrunda döyüşlərdə hər iki qolundan və ayağından yaralanıb. Buna baxmayaraq, üç yaralı və bir şəhid yoldaşını təhlükəsiz əraziyə çıxartmağı özünə borc bilib. Döyüşdən sonra yaralarının sağalması üçün 15 gün müddətinə Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilib. Lakin üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıdıb.
Məhəmmədəli İbrahimli oktyabrın 13-də Ağdərə istiqamətində düşmən postuna kəşfiyyat bölüyünün hücumunda iştirak edib. Döyüş yoldaşlarının həlak olduğunu görən Məhəmmədəli təkbaşına düşmən səngərinə hücum edib. O, qumbara ilə 20-dən çox düşmən əsgərini məhv edib, özü isə şəhidlik zirvəsinə ucalıb. Ailəsinin iki aydan çoxdur xəbər gözlədiyi şəhidin nəşini ərazidən 63 gün sonra götürmək mümkün olub. Məhəmmədəli İbrahimli dekabrın 15-də Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi