Şəhid Murad Məmmədovun doğum günü qeyd olunub

     90 nömrəli tam orta məktəbin 1C sinfində Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Murad Məmmədovun cənnətdəki  doğum günü qeyd olunub.   

     Murad Məmmədov 2000-ci il dekabrın 15-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə alıb. Məktəb illərində Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən bir çox idman yarışlarının qalibi olub, Bakı və Respublika çempionatlarında iştirak edərək yüksək nəticələr əldə edib. Karate idman növü üzrə qara kəmər dan dərəcəsinin sahibi idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Vətən müharibəsində Cəbrayıl və Füzulinin alınmasında iştirak edib və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

     Cənnətdəki doğum günün mübarək, Şəhidim!
Allah şəhidlərimizə rəhmət eləsin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi