Məktəb psixoloqu şagirdlərlə söhbət aparıb

     16 dekabr 2021 tarixində 90 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə Məmmədova IX sinif şagirdləri ilə psixoloji söhbət aparıb. Məktəb psixoloqu Ayzengin " Psixi vəziyyətin öyrənilməsi" metodikasından istifadə edərək şagirdlərin psixoloji vəziyyətini qiymətləndirib. Həmçinin şagirdlərlə diskussiya aparılıb ,psixoloji inkişafı təmin etmək məqsədilə şagirdlərə tövsiyələr verilib.       

     Bu kimi söhbətlərin təşkil olunmasında əsas məqsəd şagird və məktəb arasında sağlam mənəvi-psixoloji mühit yaratmaq, şagirdlərə psixoloji maarifləndirmə və məsləhət verməkdən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi