Zərərli vərdişlərdən uzaq olaq!

     Məktəbimizdə zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici sinif təşkilat saatları keçirilib.      Tədbirlərin keçirilməsində əsas məqsəd  zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, belə vərdişlərin  insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaqdan ibarət olub.

     Şagirdlər  zərərli vərdişlərin dövlətə, cəmiyyətə, insanların sağlamlığına vurduğu ziyanları mövzusunda səhnəciklər təqdim ediblər. Qeyd edilib ki,zərərli vərdişdən uzaq olmaq və bu sosial bəlaya qarşı mübarizə aparmaq üçün zəruri tövsiyələrə qulaq asmaq lazımdır. Bildirilib ki, zərərli vərdişlər  təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi