Dövrümüzün ağır bəlası- narkomaniya

     90 nömrəli  tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı sinif təşkilat saatları  keçirilib.
     Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.

     Təşkilat saatlarında  çıxış edən sinif rəhbərləri dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.

     Müəllimlər şagirdləri maraqlandıran suallara dolğun şəkildə cavablandırıblar. Həmçinin şagirdlər narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən divar qəzetləri və rəsmləri nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi