Müəllimlərimizin növbəti uğuru

     15.12.2021-ci il tarixdə Kaspi liseyində Sabunçu rayon Gənclər və İdman idarəsi və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında stolüstü tennis üzrə turnir keçirilib.

     Turnirdə 90 nömrəli tam orta məktəbin Fiziki tərbiyə müəllimləri Bayramov Rafiq, Kərimova Zümrüd və Salmanov Orxan III yeri qazanıb . Müəllimlərimiz diplom və medallarla təltif olunub. Həmçinin məktəbimizin uğurlarına görə də diplom təqdim olunub.Direktor əvəzi Svetlana Nəbiyeva qalib müəllimlərimizlə xatirə şəkili çəkdirib.

     Müəllimlərimizi təbrik edir , daim yüksək nailiyyətlər əldə etməyi arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi