Milli Dirçəliş Gününə həsr olunmuş sinif təşkilat saatları keçirilib

    17 noyabr 90 nömrəli tam orta məktəbdə Milli Dirçəliş Günü münasibətilə “Müstəqilliyimiz qürur mənbəyimizdir” mövzusunda sinif təşkilat saatları  keçirilib.

    Sinif rəhbərləri bu tarixi gün haqqında şagirdlərə məlumat verib. Qeyd edilib ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mintiqi başladı. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinq dağıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. Bildirilib ki, 1992-ci il noyabrın 17-i tarixindən Milli Dirçəliş günü dövlət səviyyəsində qeyd olunur. 

    Təşkilat saatları zamanı Dirçəliş Gününə həsr olunmuş  divar qəzetləri və şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya, vətənpərvər şeirlər nümayiş etdirilib. Dirçəliş Gününün tarixinə aid videomaterial izlənilib və təqdimatlar dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi