"Uşaqlar və hüquqları" mövzusunda maarifləndirici dərs

    18 noyabr 2021 tarixində 90 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nihal Məmmədovanın təşkilatçılığı ilə 1G sinfində  "Uşaqlar və hüquqları" mövzusunda dərs keçilib. Maarifləndirici dərsdə "Hüquq nədir?","Uşaqların hansı hüquqları var?" sualları ətrafında müzakirələr aparılıb .Sinif rəhbəri şagirdlərə uşaq hüquqları və vəzifələri haqqında geniş məlumat verib. Həmçinin qeyd edib ki, hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir.

    1G sinif şagirdləri  yaşamaq, müdafiə olunmaq, təhsil almaq, istirahət etmək və s. hüquqlar barədə öz fikirlərini bildiriblər. Mövzu haqqında geniş məlumat mübadiləsi aparılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi