6D sinfində "Açıq dərs" keçirilib

     5 noyabr 2021 tarixində məktəbin coğrafiya müəllimi Ramilə Məmmədlinin 6D sinfində "Qarabağın coğrafiyası" mövzusunda dərsi keçirilib.

     "Açıq dərs"də Qarabağın coğrafi mövqeyi, relyefi, çayları, bitki örtüyü və atları haqqında danışılıb. Daha sonra şagirdlər işğaldan azad olunmuş rayonlarımız haqqında məlumatlar veriblər.
     Dərsdə eyni zamanda İKT alətlərinin köməyi ilə işğaldan azad olunmuş rayonların xəritədə coğrafi mövqeyi və işğaldan azad olunma tarixlərini müəyyənləşdirən tapşırıqlar işlənib.

     Direktor müavinlərinin iştirakı ilə keçən dərs hamı tərəfindən maraqla qarşılanıb .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi