Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib

    90 nömrəli tam orta məktəbin kitabxanasında  12 Noyabr-Konstitusiya Günü ilə əlaqədar tədbir  keçirilib.            Kitabxana müdiri Minayə Əzimova tədbir iştirakçılarına Konstitusiya gününün tarixi haqqında ,1995-ci ilin mühüm həlledici ,mütərəqqi sənədinin Konstitusiya aktının qəbul olunması dövlətin,dövlətçiliyin möhkəm və sarsılmaz olduğu haqqında geniş məlumat verib. Məktəblilərin ifasında bu əlamətdar günlə bağlı ədəbi-bədii kompozisiya maraqla dinlənilib . Azərbaycan,vətən məhəbbəti tərənnümü şeirlərin əsas mövzusu olmaqla bərabər məktəblilərin ifası kiçik ürəklərinin doğma ölkəmizə olan sevgisini bir daha göstərib.Daha sonra uşaqların iştirakı ilə hazırlanmış səhnəciklər nümayiş olunub.

    Tədbirin sonunda kitabxana müdiri Minayə Əzimova və kitabxanaçı Fəxriyyə Səfərova tədbir iştirakçılarına  minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi