9R sinfi şəhid Adil İbrahimlinin məzarını ziyarət edib

     Şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. 

    7 noyabr 2021 tarixində məktəbin kimya müəllimi Elmira Əliyeva  rəhbərlik etdiyi 9R sinif şagirdləri ilə  II Qarabağ müharibəsində mənfur düşmənlərlə döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Adil İbrahimlinin məzarını ziyarət ediblər. Şəhid Adil İbrahimlinin adını daşıdığı 9R sinfi şəhid məzarı üstə gül dəstələri düzüb, vətənpərvərlik mövzusunda şeirlər səsləndirib. 

     Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 

    Daha sonra 9R sinfi Hərbi Qənimətlər Parkına gedib. Azərbaycanın Vətən müharibəsində qələbəsini rəsmiləşdirən parkda düşməndən qənimət götürülmüş  texnikalara maraqla baxıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi