"Qarabağ Azərbaycandır" adlı tədbir keçirilib

     5 noyabr 2021- ci il tarixində  90 nömrəli tam orta məktəbdə Şanlı Zəfər Gününün ildönümü münasibətilə "Qarabağ Azərbaycandır" adlı tədbir keçirilib. 

     Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi ,I və II Qarabağ müharibəsinin qaziləri iştirak ediblər.

     Tədbir dövlət himni ilə başladıqdan sonra şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla anılıb. Məktəbin istedadlı şagirdləri tərəfindən şeirlər, musiqilər səsləndirilib, səhnəciklər nümayiş edilib, xor kollektivi tərəfindən qələbə ruhlu mahnılar ifa edilib. Eyni zamanda, tədbirdə yaxın tariximizin şanlı səhifələrini özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.

     Tədbir 7b və 9a sinif şagirdlərinin iştirakı ilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məmmədova Xalidə və məktəbin xor dərnəyinin rəhbəri, musiqi müəllimi Mirzəcanova Gülnarə tərəfindən təşkil olunub.

https://youtube.com/shorts/gCCVQzXWdWU?feature=share

https://youtube.com/shorts/D3taPLQ9CLw?feature=share

https://youtube.com/shorts/CuJJ6tKpRSY?feature=share

https://youtu.be/ZnelzzEGxA0

https://youtube.com/shorts/jaamVYdoTAc?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi