10 A sinfində "Zəfər günü" adlı tədbir keçirilib

    5 noyabr tarixində 90 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın  təşkilatçılığı ilə  10 A sinfi "Zəfər günü" adlı tədbir  keçirib.

    Tədbirə məktəbin direktoru, müəllimləri ilə yanaşı  həmin məktəbin məzunu olan  II  Qarabağ müharibəsi iştirakçısı Yunusov Kənan və onun valideyni,  məktəbin şəhid məzunu Dəmirçiyev Turalın valideyni, o cümlədən 10 A  sinif otağının adını daşıyan şəhidimiz Həmid Qasımovun valideyni dəvət edilib.

    Sinif rəhbəri Həsənova Vəsilə tədbiri açıq elan etdikdən sonra söz şagirdlərə verilib.Şagirdlərin çıxışları, söylədikləri şeirlər, qələbə ruhlu mahnılar tədbir boyu maraqla izlənilib. Hətta  vətənpərvərlik hissi ilə yoğrulmuş əl işləri, çəkdikləri rəsmlər şagirdlərin  qələbə sevinci ilə döyünən qəlblərindən xəbər verib.  Odlu- alovlu hərb meydanından tutmuş Zəfərə doğru gedən  yollar videoçarxla işıqlandırılaraq tədbirə ayrı rəng qatıb.

    Sonda söz Vətən müharibəsi qazisinə və Şəhid analarına verilib. Məktəbin direktoru Yeganə Məhərrəmova da öz növbəsində Zəfər bayramı münasibətilə çıxış edib, hər kəsi təbrik edib və gələcək nəslin təmsilçiləri olan şagirdlərə igid,mübariz,vətənpərvər olmağı arzu edib. Tədbir " Haqqın yolu" adlı mahnının sədaları altında sonlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi