8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir

    8 Noyabr 2021-ci il, bu gün Qarabağa qovuşduğumuz tarixi günün 1 ili tamam olur. Bu böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür! 90 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zəfər Gününə həsr olunan tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandıqdan sonra 44 günlük Vətən müharibəsinin şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.Tədbirdə məktəb direktoru Yeganə Məhərrəmova 44 günlük Vətən müharibəsində mübarizlik, qəhrəmanlıq, şücaətlik, vətənpərvərlik göstərən şəhidlər, qazilər və müharibə iştirakçılarının qəhrəmanlıqları haqqında çıxış edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi