Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib

    2 noyabr 90 nömrəli tam orta məktəbin tarix müəllimi Məhsəti Səfərinin başçılığı ilə 10A sinif şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib.

    “Dəyirmi masa”da torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə haqqında geniş danışılıb.Tədbirdə məktəbin rəhbərliyi və tarix müəllimləri iştirak ediblər.

    Tədbir Azərbaycan Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Müəllim çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük  Zəfər tarixində göstərdiyi qəhrəmanlıqlardan söz açıb, düşmən üzərində misilsiz qələbə qazanan igidlərimizin gənc nəslə örnək olduqlarını bildirib. Qeyd olundu ki, Vətən müharibəsində əldə olunan qələbə xalqımızın birliyi və ordumuzun qüdrətinin təcəssümüdür.

    10A sinif şagirdləri şəhidlərimiz,qazilərimiz haqqında geniş məlumatlar səsləndiriblər. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən bu qələbə  tariximizin zəfər salnaməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi