Zəfər Günü münasibətilə Sabunçu rayon məktəblilərinin rəsmlərindən ibarət sərgi keçirilib

    2 noyabr 2021-ci  il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakı Gənclər Mərkəzinin qarşısındakı istirahət parkında Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü münasibətilə Sabunçu rayon məktəblilərinin rəsmlərdən ibarət sərgi keçirilib. Sərgidə 90 nömrəli tam orta məktəb şagirdləri də öz rəsm əsərləri ilə iştirak edib.
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra 44 günlük Vətən müharibəsi və böyük Zəfərə həsr olunan rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.
    Tədbir 8 noyabr - Zəfər Günü münasibətilə keçirilmiş  rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi ilə davam edib. Sabunçu rayon ümumtəhsil müəssisələrinin rəsm müəllimlərindən ibarət münsiflər heyətinin yekun qərarına əsasən isə  müsabiqənin qalibləri Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi