Şəhid Asəf Nəsibovun anım günü keçirilib

    90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qönçə Taverdiyevanın təşkilatçılığı ilə II Qarabağ müharibəsində şəhid olmuş Asəf Nəsibovun anım günü ilə bağlı tədbir keçirilib. 6a sinif şagirdərinin iştirakı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, II Qarabağ müharibəsi qazisi  Hasil Hümmətov ,məktəb rəhbərliyi və kitabxana müdiri iştirak edib.

    Anım tədbiri Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Məktəbin 6A sinfi vətənpərvərlik mövzusunda şeirlər səsləndirib və maraqlı səhnəciklərlə çıxış ediblər.

    Asəf Nəsibov 25 aprel 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Kənd orta məktəbində təhsilini alıb. Azərbaycan Dövıət Neft  və Sənaye Universitetinin məzunudur.

    Asəf Nəsibov 2016-cı ilin Aprel döyüşlərində snayperçi kimi iştirak edib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Qubadlı və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur.

   Allah rəhmət eləsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi