Şəhid İbrahim Əliyevin valideynləri ilə görüş təşkil olunub

    90 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülər Əliyevanın təşkilatçılığı ilə 25 oktyabr tarixində Şəhid İbrahim Mustafa oğlu Əliyevin valideynləri ilə görüş  keçirilib. Məktəb direktoru Yeganə Məhərrəmovanın iştirakı ilə  keçirilən görüşdə 1B sinif  şagirdləri şəhidimizin həyat və döyüş yolu haqqında məlumatlar səsləndirib, onun vətənpərvərliyindən, cəsarətindən danışıblar. 

    Şəhid İbrahim Mustafa oğlu Əliyev 17 fevral 1997-ci ildə Şərur rayonunun Qabıllı kəndində anadan olmuşdur. 2003-cü ildə Qabıllı kəndinin tam orta məktəbində 1-ci sinifə qədəm qoymuşdur. 3 bacının 1 qardaşı olaraq böyüyüb.Gülərüz, vətənpərvər,hər kəsin qəlbini qazanan İbrahim çox yaxşı tərbiyə edilmişdir.

    2011- ci ildə Naxçıvan şəhərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə daxil olan İbrahim 2014-cü ildə həmin liseyi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. 2018-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Goranboy rayonunda tağım komandiri kimi işə başlamışdır.Öz işini çox sevən İbrahim 2019-cu ilin noyabr ayından 2020- ci ilin mart ayına kimi Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Qaraqüvvətlər İstihparatı Bölüyü”ndə öz ixtisasını yaxşılaşdırmaq üçün orada təhsil almışdır.Oradan qayıtdıqdan sonra bölük komandiri kimi fəaliyyət göstərmişdir və uğurlu fəaliyyət göstərdiyinə görə bir çox mükafatlarla təltif olunmuşdur.

    29 sentyabrda Gülüstan çay istiqamətində düşmən postunu ələ keçirmiş və düşmən tərəfindən mühasirəyə alınaraq snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.Nəşi 70 gün sonra düşmən tərəfindən götürülərək 7 dekabr 2020-ci ildə Naxçıvana-öz doğma yurdu Qabıllıya gətirilərək torpağa tapşırılmışdır. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”medalına, leytenant rütbəsinə layiq görülüb.

    Şəhidim, ruhun şad olsun! Allah bütün şəhidlərə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi