“Yol hərəkəti qaydaları ” mövzusunda maarifləndirici tədbir keçirilib

    25 oktyabr 90 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə Bayramovanın təşkilatçılığı ilə 1C sinfində “Yol hərəkəti qaydaları ” mövzusunda maarifləndirici tədbir keçirilib. 

    Tədbirin keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarət olub.

    Tədbirdə uşaqların mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgilənib Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər göstərib, mövzuya uyğun suallara cavab veriblər. Müəllim mövzu haqqında ətraflı məlumat verib, şagirdləri yolda daha diqqətli olmağı, yol hərəkəti qaydalarına düzgün əməl etməyi tövsiyə edib. Həmçinin tədbirdə yol hərəkəti qaydalarına aid slaydlar nümayiş edilib.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi