Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

    2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

    Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir.

    19 oktyabr 2021 tarixdə 90 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdləri ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etməkdən ibarət olub.

    Məktəbin ədəbiyyat müəllimlərinin iştirakı ilə keçirilən şeir müsabiqəsinin məktəb mərhələsində şagirdlər Aşıq Ələsgərin yaradıcılığına aid qoşma, gəraylı ,təcnis ,dodaqdəyməz, dildönməz və s. nümunələri səsləndiriblər. Müsabiqədə fərqlənən şagirdlər məktəb mərhələsinin qalibləri olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi