Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbir keçirilib

    22 oktyabr 90 nömrəli tam orta  məktəb kitabxanasında Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbir keçirilib.

    Kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Səfərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumatlar verilib.  İbtidai sinif şagirdlərinin iştirakı ilə keçən tədbirdə kitabxana və kitabların yaranması, kitab çapı, zəmanəmizədək bu kitabxanaların keçdiyi inkişaf yolu barədə danışılıb. Qədim və müasir kitabxanalar, dünyanın ən böyük və qeyri-adi kitabxanaları haqqında məlumatlar şagirdlərin diqqətinə çatdırılıb.

    Kitabxanalar Gününə həsr olunmuş tədbirdə şagirdlər kitaba aid şeirlər,hikmətli fikirlər səsləndirib, səhnəciklər nümayiş etdiriblər. Sonda şagirdlərə  hazırladığı şeirlərə görə təşəkkür edilib, mütəmadi olaraq kitabdan faydalanmaq  tövsiyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi