Şəhid anası ilə görüş keçirilib

    Həsənli Elçin Vaqif oğlu 8 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

    Rəhbərliyin təşəbbüsü ilə məktəbimizin 6D sinfinə şəhidimizin adı verilib.

    Məktəbimizin coğrafiya müəllimi Ramilə Məmmədlinin təşkilatçılığı ilə şəhid Elçinin anası Xatirə xanım məktəbimizin 6D sinif şagirdləri ilə görüşə gəlib. Şagirdlərin ifasında səslənən şeirlər,Elçinin həyat və döyüş yolu haqqında məlumatların çatdırılması onu çox duyğulandırıb. Öz çıxışında Elçin haqqında danışan Xatirə xanım onu necə vətənpərvərlik ruhunda böyütdüyündən söz açıb. Anası Elçinin şəhid olan zaman sinəsində tapdığı bayrağı öz sinəsində daşıdığını qeyd edib.

    Görüş zamanı zəng əvəzinə “Xudayar təsnifi”nin səsləndiyini eşidəndə isə çox təsirlənib.Bu təşəbbüsə görə məktəb direktoru Yeganə Məhərrəmovaya öz təşəkkürünü bildirib və Xudayarın anası Radə xanıma zəng çalaraq, ona böyük sevinc hissi ilə bildirib.

    Şəhidlərimizi daim anmaq,xatirləri ədəbiləşdirmək bizim onlar qarşısında mənəvi borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi