Məktəbimizdə STEAM layihəsi üzrə dərslərə start verilib

    90 nömrəli məktəbdə 2021-2022-ci tədris ilində STEAM layihəsi üzrə dərslərə start verilib. Bu il ilk dəfə tətbiq olunan layihə məktəbin VI siniflərini əhatə edib. Şagirdlərə ilk dərsdə STEAM layihəsi, XXI əsr və  4C bacarıqları haqqında məlumat verilib. Dərsi böyük maraqla qarşılayan şagirdlər dərsdə proqram çərçivəsində "dayanıqlı körpü" layihəsini icra ediblər. Fəaliyyət qruplar şəklində təşkil olunub. Sonda şagirdlər böyük həvəslə layihələrini təqdim edib və sınaqdan keçirdiblər.

    Qeyd edək ki, hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təhsilində aparıcı yer tutan STEAM Azərbaycanda da uğurla tətbiq olunmaqdadır. STEAM  2019-2020-ci tədris ilindən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə start verilən innovativ layihələrdən biridir. XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dilləri tətbiq olunmaqla innovativ texnologiyalardan istifadə edəbilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsi STEAM layihəsinin əsas məqsədini  təşkil edir.

    STEAM layihəsinin hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi