Müstəqilliyin Bərpası Günü münasibətilə divar qəzeti sərgisi keçirilib
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə 90 nömrəli tam orta məktəbdə divar qəzeti sərgisi keçirilib.
Divar qəzeti müsabiqəsində bütün siniflər fəal iştirak edib.Şagirdlər bir-birindən maraqlı divar qəzetləri təqdim edib.
Vətənə, müstəqilliyimizə aid hazırlanan divar qəzetlərində Azərbaycanın təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biri olması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanınması haqqında məlumatlar ,fotolar əks olunub.