Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sinif təşkilat saatları keçirilib

18 Oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.

90 nömrəli tam orta məktəbdə 16.10.2021 tarixində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş onlayn sinif təşkilat saatları keçirilib. Sinif təşkilat saatları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Müəllimlər şagirdlərə bu tarixi gün haqqında geniş məlumat verib. Qeyd edilib ki, 1991-ci il oktyabrın 18-də Milli Şuranın qəbul etdiyi Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı. Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına  üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir.

Geniş məlumatdan sonra şagirdlər vətənə, müstəqilliyimizə aid şeir və mahnılar səsləndirilib. Bildirilib, ki Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, gələcək nəsillər əmin-amanlıq şəraitində quruculuq işləri ilə məşğul olacaq, respublika dünyanın qüdrətli diyarlarından birinə çevriləcək. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi