8B sinif şagirdləri şəhid Elvin Kazımovun məzarını ziyarət ediblər

    90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Asif Həsənovun başçılığı ilə 8B sinif şagirdləri Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan Elvin Kazımovun məzarını ziyarət ediblər. Şəhid Elvin Kazımovun  anası və yaxınları ilə görüş təşkil olunub.

    Öncə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, məzarların üzərinə çiçəklər düzülüb.

    8B sinif şagirdləri 44 günlük Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, bu qələbədə Silahlı Qüvvələrimizin sıralarında döyüşən Elvin Kazımovun şücaətindən danışıb, şəhidlik zirvəsinə ucalanların xatirəsinin daim əziz olacağı vurğulanıb.

    Şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun kapitanı olan Elvin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kazımov oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Kazımov ölümündən sonra "Vətən uğrunda"  , "Suqovuşanın azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. 

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!

https://youtu.be/M1AcUr4UQWw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi