“Zəfər yolu” adlı onlayn elmi konfrans

    9 oktyabr 90 nömrəli tam orta məktəbin tarix müəllimi Məhsəti Səfərinin təşkilatçılığı ilə “Zəfər yolu” adlı onlayn elmi konfrans keçirilib.

    Öncə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbir iştirakçıları çıxışlarında Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin həyat yollarından bəhs ediblər. Bildirilib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.

    Elmi konfransda iştirak edən məktəb rəhbərliyi 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycan bu qələbəni şəhidlərin qanı, canı hesabına qazanıb. Vətən müharibəsi başlayan ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mətin ordumuz irəliləyərək, düşməni işğal olunmuş torpaqlarımızdan uzaqlaşdırmağa başlayıb.

    Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi