Anım Gününə həsr olunmuş tədbir keçirilib

       27 sentyabrda 90 nömrəli tam orta  məktəbdə  Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

         Öncə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin, həmçinin Ermənistan silahlı qüvvələrinin şəhərlərimizi, kəndlərimizi atəşə tutması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. .Şagirdlər şəhidlərə və vətənə həsr olunmuş şeirlər söyləyib. Tədbirdə 27 sentyabr – Anım Gününün milli qürurumuzun başlanğıc günü olduğu bildirilib. Hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi