İkinci Fəxri Xiyaban və şəhid ailələri ziyarət olunub

     

          Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi daim ehtiramla anılır.

26 sentyabr 90 nömrəli tam orta məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər İkinci Fəxri Xiyabanı ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları  üzərinə gül dəstələri düzülüb.

Ziyarətdə şagirdlər Vətənin müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış əsgərlərə həsr olunmuş şeirlər söyləyiblər, vətənpərvər şüarlar səsləndiriblər və xatirə səkilləri çəkdiriblər.

Daha sonra məktəb kollektivi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailə üzvləri ilə görüşüb, şəhid ailələrinin evlərini ziyarət ediblər.

Ziyarət zamanı məktəb direktoru Yeganə Məhərrəmova 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyini, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini xüsusi vurğulayıb. 

             Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi