Vətən övladlarının xatirəsi ehtiramla anılıb

     25 sentyabr 90 nömrəli tam orta məktəbin  9A sinif şagirdləri sinif rəhbəri Bayramova Aynurə və  tarix müəllimi Səfəri Məhsətinin təşkilatçılığı ilə İkinci Fəxri Xiyabanı  ziyarət ediblər. 44 günlük Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsini onların məzarları önündə yad edilib. Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

     Daha sonra məktəbimizin şəhid məzunları Osman Manafov və Tural Dəmirçiyevin ailələrini ziyarət edilib. Onların xatirəsinə açılmış  bulaqlarda xatirə şəkilləri çəkilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi