1-ci sinif müəllimləri üçün Resurs dəsti paylanılıb

     Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  məktəbimizin 1-ci sinif müəllimləri üçün Resurs dəsti paylanılıb.

    İlk tədris günü  dəstlər 1-ci sinif müəllimlərinə ara məsafəsi gözlənilməklə və maskadan istifadə edilməklə sinifdə təqdim edilib. Təqdimat zamanı əyani vəsaitlərin tədrisdə əhəmiyyəti barədə məlumatlar  müəllimlərə çatdırılıb. Qeyd edilib ki, resurs dəstini alan müəllimlər ondan səmərəli və səliqəli istifadə üzrə məsuldur. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə 4 il müddətində istifadə oluna bilər. Müəllim resurs dəstində olan hər bir əşyadan tədris prosesində, məktəbdə-sinif otağında, yalnız öz sinifində istifadə etməlidir.

     Müəllimlər minnətdarlıq bildirib ,dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi