İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub

      90 nömrəli tam orta məktəbdə ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən  “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. 

     Zəfər tarixinin bəxş etdiyi qürur hissi ilə qədəm qoyduğumuz yeni tədris ilinin ilk dərslərində müəllimlər Qarabağın tarixinə dair məlumatlar səsləndirib, Azərbaycan əsgərinin şücaətindən bəhs edib, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndirilib. Qələbə hissini  bizə bəxş edən, ərazi bütövlüyümüz uğrunda canından keçən hər bir şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qazilərimizin qəhrəmanlıqlarından, şücaətindən danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi