Məktəbimizdə ibtidai sinifləri üzrə yeni dərs ilinə start verilib

Sentyabrın 22-si 90 nömrəli tam orta məktəbdə   ibtidai sinifləri üzrə yeni dərs ilinə start verilib. 

Mövcud pandemiya qaydaların tələblərinə uyğun olaraq hazırlanan tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

Məktəb rəhbərliyi yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və müəllimləri təbrik edib. Dövlətimizin təhsilə olan qayğısıdan danışıb. Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimiz hörmətlə anılıb.

Məktəblilərin ifasında səslənən vətənpərvər şeirlər maraqla qarşılanıb. Qələbə ilinin ilk zəngi çalınıb və məktəblilər sinif otaqlarına daxil olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi