"Nizami Gəncəvi irsinin təbliği" mövzusunda “ Dəyirmi masa” keçirilib

      90 nömrəli tam orta məktəb kitabxanasında 24 may tarixində Nizami Gəncəvi ilinə həsr olunmuş "Nizami Gəncəvi irsinin təbliği" mövzusunda “Dəyirmi masa” keçirilib.

     Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamamətində keçirilən “Dəyirmi masa”da  şagirdlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzusunda fikir mübadiləsi aparıblar. Dahi şairin əsərlərindən hissələr səsləndiriblər.

     Tədbirdə Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş məlumatlardan və rəsmlərdən ibarət  divar qəzetləri sərgilənib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi